Operativ Məlumat Mərkəzi

"TikTok"da canlı yayım açan sürücü işdən çıxarıldı

1 dəq
Paylaş:
"TikTok"da canlı yayım açan sürücü işdən çıxarıldı

Avtobusu idarə edən zaman ""da canlı açan sürücü işdən azad edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Agentliyindən bildirilib.

Sosial şəbəkələrdə sərnişin avtobusu sürücüsünün nəqliyyat vasitəsini idarə etdiyi zaman "TikTok" platformasında canlı yayım açmasına dair görüntülər yayılıb. Məsələ Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən dərhal araşdırılıb.

Sərnişinlərin həyatını təhlükəyə ataraq kobud qayda pozuntusuna yol verən sürücü daşıyıcı tərəfindən işdən azad edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi analoji halın təkrarlanmaması üçün müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən bütün daşıyıcılara xəbərdarlıq edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax