Operativ Məlumat Mərkəzi

Tərtərdə həmkəndlisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

2 dəq
Paylaş:
Tərtərdə həmkəndlisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

Tərtərdə həmkəndlisini qəsdən öldürməkdə şəxs barəsində məhkəməyə göndərilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Tərtər Rayon Prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, bu il fevralın 26-da Tərtər rayonu, Buruc kənd sakini 1984-cü il təvəllüdlü Elbrus Şəmilovun qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla Tərtər Suvarma Sistemləri İdarəsində elektrik montyoru vəzifəsində işləyən Elbrus Şəmilovun vəzifəsini yerinə yetirərkən həmkəndlisi, 1971-ci il təvəllüdlü Hüseynov ilə aralarında mübahisə baş verməsi səbəbindən sonuncunun onu bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı müəyyən edilib.

Muradxan Hüseynova Cinayət Məcəlləsinin 120.2.3-cü (zərərçəkmiş şəxsi xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmə) maddəsi ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax