Operativ Məlumat Mərkəzi

Tbilisidəki Azərbaycan səfirliyində başsağlığı kitabı açılacaq

2 dəq
Paylaş:
Tbilisidəki Azərbaycan səfirliyində başsağlığı kitabı açılacaq

Azərbaycanın Gürcüstandakı səfirliyi dekabrın 25-də Bakı- reysi üzrə sərnişin daşıyan AZAL-a məxsus təyyarənin qəzaya uğraması və sərnişinlərin həlak olması ilə əlaqədar başsağlığı açır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tbilisidəki səfirliyində başsağlığı kitabı dekabrın 26-da saat 13:00-dan 18:00-dək və dekabrın 27-də saat 10:00-13:00 və 15:00-18:00 arası açıq olacaq.

Həmçinin qeyd olunub ki, başsağlığını elektron formada [email protected] ünvanına da göndərmək mümkün olacaq.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax