Operativ Məlumat Mərkəzi

Tahir Gözelin Keniyada Prezident Ruto ilə işgüzar görüşü olub - FOTO

2 dəq
Paylaş:
Tahir Gözelin Keniyada Prezident Ruto ilə işgüzar görüşü olub - FOTO

Azərbaycanlı aparıcı iş adamı Tahir Gözel 4 iyun tarixində Keniyanın Nairobi şəhərinə səfər edib. Səfər çərçivəsində, o, bir sıra yüksək səviyyəli görüşlərdə, o cümlədən Keniya Prezidenti William Ruto, Afrika Kontinental Azad Zonası (AfCFTA) Təşkilatının Wamkele Mene ilə görüşlərdə iştirak edib.

Səfərdə əsas məqsəd William Ruto ilə işgüzar görüşün keçirilməsi olub. Görüş zamanı tərəflər ilə Keniya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Tahir Gözel iki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi perspektivlərini qeyd edərək, Azərbaycanın Keniyaya verə biləcəyi töhfələr barədə danışıb.

“ASAN Xidmət”, Rəqəmsal İnkişaf və Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") və Gözelin təsis etdiyi “Proxima Tech Solutions” şirkətinin yeni xidmətlərini Keniyaya təqdim etməyə və bu istiqamətdə genişləndirilmiş tərəfdaşlığa hazır olduğunu bildirib. Gözel həmçinin Keniyada fəaliyyət göstərən kiçik sahibkarlıq subyektlərinin məhsullarının ixrac potensialının artırılması üçün investisiya layihələrinə, onlara dəstək göstərməyə maraqlı olduğunu vurğulayıb.

Prezident Ruto, Gözelə təşəkkür edərək Azərbaycan ilə tərəfdaşlıq münasibətlərinə böyük önəm verdiyini vurğulayıb, ölkəsinin bu istiqamətdə yeni əməkdaşlıqlara açıq olduğunu ifadə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax