Operativ Məlumat Mərkəzi

Sumqayıtda kişi öldürülüb

2 dəq
Paylaş:
Sumqayıtda kişi öldürülüb

Sumqayıtda kişi öldürülüb, şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyulun 2-də Sumqayıt şəhər sakini, 1998-ci il təvəllüdlü Arif Muxtarovun xəsarətlərdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1998-ci il təvəllüdlü Əkbər Vəliyevin iyulun 1-də Sumqayıt şəhəri ərazisində aralarında yaranmış mübahisə zamanı bacısının əri Arif Muxtarova bıçaqla xəsarətlər yetirməsi və zərəçəkmişin növbəti gün həmin xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə istintaq edilir.

Əkbər Vəliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax