Operativ Məlumat Mərkəzi

Sumqayıtda 80 ədəd top mərmisi, xeyli sayda partlayıcılar aşkar edilib

2 dəq
Paylaş:
Sumqayıtda 80 ədəd top mərmisi, xeyli sayda partlayıcılar aşkar edilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində sursatların edilməsi barədə məlumat daxil olub.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 9 ədəd 30 mm-lik qəlpəli fuqaslı top mərmisi, 12 ədəd 30 mm-lik zirehdələn zenit top mərmisi, 59 ədəd 23 mm-lik zirehdələn zenit top mərmisi, 22 ədəd M-12 partladıcısı, 9 ədəd V-429 partladıcısı, 13 ədəd T-90 partladıcısı və 5 ədəd sursatın partladıcı qalıqları olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax