Operativ Məlumat Mərkəzi

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

2 dəq
Paylaş:
Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

İyulun 30-da gözlənilən açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu , arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və axşam yarımadanın bəzi yerlərində yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 26-31° isti olacaq.

Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman olacaq. Arabir güclənən şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 26-31° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax