Operativ Məlumat Mərkəzi

Səhiyyə Nazirliyi: "Azərbaycanda influenza virusu yayılıb"

2 dəq
Paylaş:
Səhiyyə Nazirliyi: "Azərbaycanda influenza virusu yayılıb"

“Soyuq havalarda hava-damcı yolu ilə keçən virus infeksiyalarının yayılmasına münbit yaranır. Nəzərə almaq lazımdır ki, insanlar soyuq havada qapalı məkanlara toplaşırlar. Bu da xəstələnmə hallarını artırmış olur. soyuq havada insan orqanizminin immuniteti aşağı düşür”.

“Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, Təyyar Eyvazov dəyişkən havalarda virusdan qorunmadan danışarkən deyib.

İnfeksionist bildirib ki, payız-qış mövsümündə virusu aktivləşir: “Hazırda bütün dünyada olduğu kimi ölkəmizdə də influenza virusu yayılıb. Digər viruslar da aktivdir. Qrip isə ağır fəsadlara səbəb olur. İlk günlərdə qoruyucu tədbirlərə ciddi edilməlidir. Əks halda xəstəxanada müalicə almaq lazım olacaq.

Qripin müalicəsində istifadə olunan dərmanlara gəlincə, bunun üçün ilk növbədə diaqnoz təsdiqlənməlidir. Əksər hallarda ilk 2 sutka ərzində istifadə olunan antibakterial dərmanlar təsirli ola bilər. Əhali hərarətin yüksəlməsi zamanı daha çox antibiotiklərin istifadəsinə önəm verir. Bu, yalnışdır”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax