Əsas məzmuna keç

Şəhid və aztəminatlı ailələrin övladları ilə görüş keçirilib

Şəhid və aztəminatlı ailələrin övladları ilə görüş keçirilib

Mayın 24-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və Kapital Bank-ın dəstəyi ilə keçirilən "Oxut" layihəsi tərəfindən və aztəminatlı ailələrin övladları üçün açıq havada interaktiv və əyləncəli dili oyunları olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüş müddətində uşaqlar ingilis dilində bir-birləri ilə ünsiyyətdə olub, kətan üzərində rəsm əyləncəli təcrübələr əldə ediblər. Həmçinin onlar arasında “Freeze”, “Animal Race” oyunları keçirilib.

Tədbirin keçirilməsində məqsəd şagirdlərin ingilis dili üzrə bacarıqlarını inkişaf etdirmək və onların asudə vaxtlarını düzgün təşkil etmək olub.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, tədbir “Oxut” layihəsində iştirak edən şagirdlər üçün nəzərdə tutulub və müxtəlif yaş qruplarını əhatə edib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…