Operativ Məlumat Mərkəzi

Şəhid Mikayıl Həmidlinin oğlu doğuldu - Foto

1 dəq
Paylaş:
Şəhid Mikayıl Həmidlinin oğlu doğuldu - Foto

Sentyabrın 19-20-də Qarabağda lokal xarakterli tədbirləri zamanı olan leytenant Həmidlinin oğlu dünyaya gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, körpəyə Davud adı verilib.

Davudun zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Belə ki, bu məqsədlə 1000 AZN ananın hesabına köçürülüb. Bundan başqa dünyaya yeni göz açan körpənin adına isə depozit hesabı açılacaq və 5000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Şəhidin övladı bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax