Operativ Məlumat Mərkəzi

Şəhid anasının telefonunu və pulqabısını oğurlayan şəxs tutulub

2 dəq
Paylaş:
Şəhid anasının telefonunu və pulqabısını oğurlayan şəxs tutulub

Mingəçevir şəhərində Şəhidlər xiyabanından iki şəhid övladının məzarlarını ziyarətə gələn ananın mobil telefonunun və pulqabısının naməlum şəxs tərəfindən oğurlanması barədə polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Xidmətinin Şəki regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz -axtarış tədbirləri nəticəsində həmin oğurluğu törədən şəxsin əvvəllər də bir neçə dəfə məhkum olunmuş, şəhər sakini Vüsal Mahmudov olduğu müəyyən edilib.

O, şübhəli şəxs qismində saxlanılıb və üzərində şəxsi axtarış keçirilən zaman külli miqdarda -heroin aşkarlanaraq götürülüb.

Araşdırma zamanı V.Mahmudovun oğurluğu törətdikdən sonra mobil telefonu şəhər ərazisində yerləşən yarımtikilidə gizlətdiyi, pulqabını isə küçəyə atdığı məlum olub.

Davam etdirilən tədbirlərlə həmin əşyalar da maddi sübut kimi götürülüb.

Faktla bağlı şəhər polis şöbəsində başlanılıb, V.Mahmudovun ətrafında zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax