Operativ Məlumat Mərkəzi

Səfirin müşaviri: Polşalı alimin kəşfləri Azərbaycanın neft-qaz sektorunun inkişafına töhfə verib

2 dəq
Paylaş:
Səfirin müşaviri: Polşalı alimin kəşfləri Azərbaycanın neft-qaz sektorunun inkişafına töhfə verib

Polşa geoloqu Zqlenitskinin kəşfləri Azərbaycanın neft-qaz sektorunun inkişafına mühüm töhfə verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Polşanın Azərbaycandakı səfirinin müşaviri Mixal Qreçilo polşalı və ixtiraçı Vitold Zqlenitskinin və yaradıcılığına həsr tədbir zamanı deyib.

Onun sözlərinə görə, V.Zqlenitski Azərbaycanda az tanınır və bu səbəbdən də Polşanın Bakıdakı səfirliyi onun həyat və yaradıcılığına həsr olunmuş kitabın tərcüməsini təşkil edib: “Bu kitab bir neçə il əvvəl Polşada professor Anceey Xobunski tərəfindən yazılıb”.

“Biz istədik ki, Azərbaycandilli və ingilisdilli oxucular geoloq və ixtiraçının fəaliyyəti ilə daha yaxından tanış olsunlar. Buna görə də səfirlik kitabı iki dildə nəşr etməyi qərara alıb. Bu kitabın Azərbaycandilli versiyasının təbliği ilə bağlı tədbir bu ilin fevralında baş tutub və Milli Tarixi Muzeyi ilə birgə təşkil olunub”, - müşavir bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax