Operativ Məlumat Mərkəzi

Salome Zurabişvili İlham Əliyevi təbrik edib

2 dəq
Paylaş:
Salome Zurabişvili İlham Əliyevi təbrik edib

Gürcüstanın Prezidenti Zurabişvili Respublikasının Prezidenti İlham Əliyevə ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı – Günü münasibətilə Gürcüstan xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.

Bu tarix Azərbaycan xalqının müasir, güclü və inkişaf etmiş dövlətin formalaşmasına gətirib çıxaran müstəqillik və suverenlik yolunda əzmkarlığını və sarsılmaz ruhunu əyani şəkildə nümayiş etdirir.

Qəti şəkildə inanıram ki, biz birgə səylərimiz sayəsində Gürcüstan ilə Azərbaycan arasında dostluğu və strateji tərəfdaşlığı daha da möhkəmləndirəcəyik və beləliklə, firavanlığın, sabitliyin gücləndirilməsinə, regionun inkişafına təkan verilməsində ölkələrimizin rolunu artıracağıq.

Zati-aliləri, Sizə bir daha dərin hörmətimi bildirir, ölkənizə xidmət işində uğurlar, dost Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax