Operativ Məlumat Mərkəzi

Sahibə Qafarova: "Törədilmiş hücumun araşdırılmasını tələb edirik"

2 dəq
Paylaş:
Sahibə Qafarova: "Törədilmiş hücumun araşdırılmasını tələb edirik"

“Bu xain hücumun obyektiv şəkildə araşdırılmasını, günahkarların cəzalandırılmasını tələb ”.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Milli Məclisin spikeri tviterə yazıb.

“Tehrandakı səfirliyimizə qarşı terror aktını şiddətlə qınayırıq. Şəhid olan səfirliyimizin əməkdaşına Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk!”, - o bildirib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax