Operativ Məlumat Mərkəzi

Sahibə Qafarova Srebrenitsa qurbanlarının xatirəsinə həsr olunan anım mərasimində iştirak edib

2 dəq
Paylaş:
Sahibə Qafarova Srebrenitsa qurbanlarının xatirəsinə həsr olunan anım mərasimində iştirak edib

Milli Məclisin sədri Bosniya və Herseqovinaya işgüzar səfər çərçivəsində Srebrenitsa qurbanlarının xatirəsinə inşa edilmiş mərkəzə gəlib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə parlamentin Mətbuat və ictimaiyyətlə şöbəsindən məlumat verilib.

parlamentinin sədri və digər ölkələrdən olan qonaqlar, o cümlədən ölkə və hökumət rəhbərləri, sədrləri və rəsmi nümayəndələr anım tədbirləri çərçivəsində əvvəlcə "Keçməmişlərin izi ilə" sərgisi ilə tanış olublar.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova anım salonunda başsağlığı kitabını imzalayıb.

Daha sonra Memorial mərkəzdə faciə qurbanlarının anım mərasimi keçirilib.

Nümayəndə heyətlərinin rəhbərləri faciə qurbanlarının xatirəsini ehtiramla yad edərək Memorial abidənin önünə gül dəstələri düzüblər.

Milli Məclisin sədri mərasim çərçivəsində bir sıra ölkələrin parlament rəhbərləri ilə görüşüb, onlarla söhbət edib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax