Operativ Məlumat Mərkəzi

Sabunçuda evdə partlayış olub, yaralananlar var

1 dəq
Paylaş:
Sabunçuda evdə partlayış olub, yaralananlar var

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Yusif Qasımov küçəsində fərdi evində baş verməsi barədə məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-dən bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 80kv.m. olan birmərtəbəli üçotaqlı fərdi yaşayış evində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış dalğasının təsirindən evə ciddi ziyan dəyib, 2-si uşaq olmaqla 5 nəfər xəsarət alıb.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax