Operativ Məlumat Mərkəzi

Sabirabadda qanunsuz ov etmək istəyən şəxslər saxlanılıb

1 dəq
Paylaş:
Sabirabadda qanunsuz ov etmək istəyən şəxslər saxlanılıb

Sabirabadda qanunsuz ov etmək şəxslər saxlanılıb.

DİN-in Xidmətinin Şirvan qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Şıxlar kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov etmək istəyən dörd nəfər saxlanılıb.

Həmin şəxslərdən ov silahları, patronlar və ov qurğuları aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax