Operativ Məlumat Mərkəzi

Sabahın hava proqnozu açıqlanıb - 27.01.2024

2 dəq
Paylaş:
Sabahın hava proqnozu açıqlanıb - 27.01.2024

Sabah Azərbaycanda qarlı hava müşahidə ediləcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 28-də Bakıda və yarımadasında bəzi yerlərdə arabir yağıntılı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi, ayrı-ayrı yerlərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. şimal-qərb gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 1-4° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz yağıntıda fasilə olacaq. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° , gündüz 3-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax