Operativ Məlumat Mərkəzi

Sabahın hava proqnozu açıqlanıb - 01.06.2023

2 dəq
Paylaş:
Sabahın hava proqnozu açıqlanıb - 01.06.2023

Bakıda və yarımadasında iyunun 2-də hava şəraitinin dəyişkən buludlu , arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, lakin bəzi yerlərdə qısamüddətli az yağacağı ehtimalı var.

Şimal-qərb gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70%, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax