Operativ Məlumat Mərkəzi

“Sabah”ın baş məşqçisi: Oyunçularım əsl döyüşçü kimi mübarizə apardılar

2 dəq
Paylaş:
“Sabah”ın baş məşqçisi: Oyunçularım əsl döyüşçü kimi mübarizə apardılar

Praktiki olaraq yaxşı çıxış etdik. Bilirdim ki, fərdi bacarıqları yüksək olan var. Mənim işim bu fərdi keyfiyyətləri sistemli komanda oyununa çevirmək idi.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri “Sabah” basketbol komandasının Boban Mitev FIBA Avropa Kubokunda Rumıniyanın “Rapid” klubuna 90:71 hesabı ilə qalib gəldikləri oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Ölkəsində keçirilən turnirə minimum bir oyunda qələbə qazanmaq üçün gəldiklərini söyləyən Şimali makedoniyalı mütəxəssis bildirib: “Bəzi epizodlarda ribaundda, bəzən müdafiədə və atışlarda uğursuz olsaq da, bu oyun qrupda keçirdiyimiz ən yaxşı qarşılaşma idi. Oyunçular əsl döyüşçü kimi mübarizə . Biz düzgün yoldayıq. Belə düşünməyə nikbin var. Bakıda keçirəcəyimiz avrokubok oyunlarında tribunaları dolu görmək istəyirəm”.

Qeyd edək ki, A qrupunu lider olaraq tamamlayan “Sabah” müntəzəm mövsümdə iştirak hüququna yiyələnib. çempionu Avropa Kubokunun bu mərhələsində D qrupunda mübarizə aparacaq. Komandanın rəqibləri “Mornar” (Monteneqro), “Baxçaşehir” (Türkiyə) və “Nimbruk” (Çexiya) klubları olacaq.

“Sabah” qrupda ilk oyununu oktyabrın 18-də səfərdə "Mornar" klubuna qarşı olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax