Operativ Məlumat Mərkəzi

Sabah yağış intensivləşəcək - PROQNOZ - 24.05.2024

2 dəq
Paylaş:
Sabah yağış intensivləşəcək - PROQNOZ - 24.05.2024

Mayın 25-də Azərbaycanda havanın yağmurlu keçəcəyi, qısamüddətə intensivləşəcəyi gözlənilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu , arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə yağacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətə intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb əsəcək. Havanın temperaturu gecə 12-16° isti, gündüz 17-21° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 17-22° isti, dağlarda gecə 2-6° isti, gündüz 6-10° isti olacaq

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax