Operativ Məlumat Mərkəzi

Sabah geomaqnit qasırğası gözlənilir - PROQNOZ

1 dəq
Paylaş:
Sabah geomaqnit qasırğası gözlənilir - PROQNOZ

Mayın 31-i axşam saat 20:00-dan başlayaraq iyunun 1-i saat 14:00-dək qasırğası olacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, son üç gün ərzində Günəş aktivliyi artıb, radiosiqnalları və pozulmasına gətirən M , eləcə də radiodalğaların yayılmasına, mobil rabitəyə güclü mane olan X1.4 sinif alışmaları yüksək səviyyədə olub:

"Günəş səthində digər aktiv oblastlar M sinif alışmalarla aktivliklərini davam etdirib. Mayın 27-də baş verən X alışmaların yaratdığı tac kütlə atılmaları mayın 31-də Yerə çatacaq. Mayın 29-da baş verən atılma bu təsiri gücləndirəcək və geomaqnit qasırğası iyunun 1-dək davam edəcək. Bu periodda geomaqnit göstərən əmsal 10 ballıq sistemlə 6 (G2 səviyəsində) olacaq. Bu hadisə daha çox yüksək coğrafi enliklərə təsir göstərəcək".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax