Operativ Məlumat Mərkəzi

Sabah bu ərazilərdə qaz olmayacaq - 30.09.2024

1 dəq
Paylaş:
Sabah bu ərazilərdə qaz olmayacaq - 30.09.2024

Sabunçu və rayonları ərazisində yeni qaz xətlərinin şəbəkəyə birləşdirilməsi, Suraxanı rayonu ərazisində siyirtmənin quraşdırılması, Xəzər rayonunda qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 01.10.2024-cü il saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə “Azəriqaz” İB-dən bildirilib.

Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Sea Breeze ərazisinin və Ləhiş bağlarının, Qaradağ rayonu üzrə Ümid qəsəbəsinin, Suraxanı rayonu üzrə S. küçəsinin və “A” yaşayış massivinin, Xəzər rayonu üzrə isə Binə qəsəbəsinin Bakavtomat ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax