Operativ Məlumat Mərkəzi

Sabah bu ərazilərdə qaz OLMAYACAQ - 12.09.2024

2 dəq
Paylaş:
Sabah bu ərazilərdə qaz OLMAYACAQ - 12.09.2024

Sabah Oğuz, Şəki və rayonları, həmçinin Bakının rayonunun qəsəbəsinin qaz təchizatı məhdudlaşdırılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilir ki, sentyabrın 13-də saat 09:00-dan "Qaz İxrac” İdarəsinə məxsus ölçü qovşağının yenidən qurulması, saat 10:00-dan isə “Yaqublu qol yüksək təzyiqli qaz kəməri”ndə təmir-bərpa işlərinin aparılması və "Şəki-Cəfərabad” ölçü qovşağından qidalanan qaz kəmərinin kipliyə sınaq olunması məqsədilə qaz təchizatının dayandırılması planlaşdırılır.

Həmçinin Bakının Qaradağ rayonunun Lökbatan-Qobu yolunun sol tərəfində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə sabah saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

aparılan müddətdə Oğuz rayonunun tam olaraq, Şəki və Xaçmaz rayonlarının bir hissəsinin, Qaradağ rayonunun isə Qobu qəsəbəsinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax