Operativ Məlumat Mərkəzi

Sabah bəzi yerlərdə yağış yağacaq - 29.10.2025

2 dəq
Paylaş:
Sabah bəzi yerlərdə yağış yağacaq - 29.10.2025

ərazisində oktyabrın 30-na gözlənilən açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, sabah Bakıda və yarımadasında havanın dəyişkən buludlu , arabir tutulacağı, 29-dan 30-na keçən gecə və səhər isə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Güclü şimal qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 12-14, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 civə sütunundan 770 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-14, gündüz 16-20, dağlarda gecə 1-5, gündüz 5-9 dərəcə isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax