Operativ Məlumat Mərkəzi

Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq

2 dəq
Paylaş:
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq

Təmir-quraşdırma işləri ilə əlaqədar bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən (İB) məlumat verilib.

Bildirilib ki, rayonu, qəsəbəsində qaz tənzimləyici şkafın yerinin dəyişdirilməsi və mövcud qaz xəttinin yenisi ilə əvəz olunması, rayonu, C.Hacıbəyli küçəsində yeni qaz xətlərinin şəbəkəyə qoşulması, Sabunçu rayonu, Pirşağa qəsəbəsində qaz sayğaclarının giriş hissəsində əymə ilə montaj olunması məqsədilə 14 oktyabr 2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri görülən müddətdə Xəzər rayonu üzrə Mərdəkan və Şüvəlan qəsəbələrinin bir hissəsinin, Nərimanov rayonu üzrə C.Hacıbəyli küçəsinin, Sabunçu rayonu üzrə isə Pirşağa qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax