Operativ Məlumat Mərkəzi

Sabah Bakıda iməcilik keçiriləcək

2 dəq
Paylaş:
Sabah Bakıda iməcilik keçiriləcək

Son vaxtlarda paytaxtda genişmiqyaslı -quruculuq işləri nəticəsində küçə, yol kənarlarında, həyət və məhəllələrdə yaranmış tozun təmizlənməsi, şəhərin sanitar təmizliyik səviyyəsinin daha da yüksəldilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, avqust ayının 10-da paytaxtda novbəti genişmiqyaslı daxili iməciliyinin keçirilməsi qərara alınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Bakı Şəhər İcra Hakimiyyətinin xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməclikdə fəal iştirak etməyə və özlərinə məxsus obyekt və mənzillərin pəncərələrini, obyektlərin vitrinlərini və ərazilərini təmizləməyə çağırır.


Bununla da hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə öz töhfəmizi vermiş olacağıq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax