Operativ Məlumat Mərkəzi

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq - PROQNOZ

1 dəq
Paylaş:
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq - PROQNOZ

Avqustun 30-da gözlənilən açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən"Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, sabah Bakıda və yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Şimal-şərq gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi ərazilərdə qısamüddətli az yağış yağacağı, çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax