Əsas məzmuna keç

Rusiya XİN: Üçtərəfli bəyanat aktuallığını saxlayır

Rusiya XİN: Üçtərəfli bəyanat aktuallığını saxlayır

bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “2020-2022-ci illər üçün ən yüksək səviyyədə üçtərəfli sazişlər toplusu,...

, Rusiya və liderləri arasında üçtərəfli indiki şəraitdə öz aktuallığını saxlayır, onun alternativi yoxdur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“2020-2022-ci illər üçün ən yüksək səviyyədə üçtərəfli sazişlər toplusu, əlbəttə ki, hazırkı şəraitdə aktuallığını qoruyur. Rusiya regional kommunikasiyalarının açılması, Azərbaycan və Ermənistan arasında sülh sazişinin şərtlərinin işlənib hazırlanması, həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası daxil olmaqla, bütün istiqamətlərdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə kömək etməyə hazırdır. Biz Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupu çərçivəsində əlaqələrin intensivləşdirilməsinin tərəfdarıyıq. Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması üçün sadəcə olaraq alternativ etibarlı mexanizm yoxdur”, - məlumatda qeyd edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…