Əsas məzmuna keç

Rusiya XİN Qranada görüşünün ləğv edilməsinə münasibət bildirib

Rusiya XİN Qranada görüşünün ləğv edilməsinə münasibət bildirib

bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. “Mövqeyini və siyasətini müəyyən etmək hər bir ölkənin suveren...

“Azərbaycanın Qranadada planlaşdırılan görüşdə iştirak etməmək qərarı onun suveren hüququdur”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Mövqeyini və siyasətini müəyyən etmək hər bir ölkənin suveren hüququdur. İndiki halda söhbət onsuz da bizim iştirak etməyəcəyimiz görüşdən gedir. Buna görə də tərəflərin qərarlarını şərh etməyi lüzum görmürəm. Üstəlik, bütün addımlarını mütəmadi olaraq izah edir və informativ şəkildə bildirir”, - o vurğulayıb.

Xatırladaq ki, İlham Əliyev Avropa İttifaqı, Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün keçirilməli olduğu İspaniyaya getməkdən imtina edib. Buna səbəb nəzərdə tutulan beştərəfli görüşdə iştirakçı olan Fransanın destruktiv mövqe tutması, eləcə də Paris və Berlinin Türkiyənin toplantıda iştirak etməsi ilə bağlı fikir ayrılığıdır.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…