Operativ Məlumat Mərkəzi

Rusiya XİN: “Qərb Ermənistan və Azərbaycanı Rusiyadan “qoparmaq” istəyir”

1 dəq
Paylaş:
Rusiya XİN: “Qərb Ermənistan və Azərbaycanı Rusiyadan “qoparmaq” istəyir”

Qərb və Ermənistanı NATO sammitinə dəvət etməklə onların ilə əməkdaşlığını kəsmək istəyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Departamentinin direktor müavini Andrey Nastasin deyib.

Bununla bağlı sualı cavablandıran diplomat bildirib ki, bu, amerikalıların öz dağıdıcı təsirlərini dünyanın hər yerinə yaymaq cəhdlərinin növbəti nümunəsidir.

“Vaşinqton dostlarımızı və qonşularımızı Rusiya ilə əməkdaşlıqdan uzaqlaşdırmaq missiyasını yerinə yetirir”, - o əlavə edib.

“Regionun xüsusiyyətlərini dərk etməkdən uzaq olan avroatlantiklərin öz təriflərini tətbiq etmələri Cənubi Qafqazda yeni bölücü xətlərin yaranmasına gətirib çıxaracaq və təkcə bu üçün deyil, bütün region üçün dağıdıcı nəticələrə səbəb olacaq. Ümid edirik ki, İrəvan və Bakı bunu yaxşı başa düşür", - deyə Nastasin bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax