Operativ Məlumat Mərkəzi

Şahin Şıxlinski axtarışa verilib

1 dəq
Paylaş:
Şahin Şıxlinski axtarışa verilib

Yekaterinburqdakı diasporunun rəhbəri Şahin Şıxlinski axtarışa verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Şahin Şıxlinski Daxili İşlər Nazirliyinin rəsmi məlumat bazasında axtarışda olan şəxslər siyahısına daxil edilib.

O, Rusiya Cinayət Məcəlləsinin maddəsi ilə axtarılır.

Qeyd edək ki, iyulun 17-də Rusiya KİV-də Şahin Şıxlinski barədə federal axtarış elan edilməsi ilə bağlı məlumatlar dərc olunub. Məlumata görə, Şahin Şıxlinski nümayəndəsinə qarşı zor tətbiq etməkdə ittiham olunur.

Xatırladaq ki, Şahın Şıxlinski iyulun 1-də Yekaterinburq şəhərində sərt şəkildə saxlanılıb, daha sonra sərbəst buraxılmışdı.

Saxlanma zamanı hüquq-mühafizə orqanı əməkdaşlarından biri xəsarət alıb.

Hadisə ilə bağlı Şıxlinskinin oğlu Mutvali Şıxlinski saxlanılıb və hazırda barəsində hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə maddəsi ilə açılıb.

Barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax