Əsas məzmuna keç

Rumıniyada NATO-nun dəniz təlimləri keçiriləcək

Rumıniyada NATO-nun dəniz təlimləri keçiriləcək

Rumıniya 8-21 aprel tarixlərində NATO-nun “Dəniz Təlimi 24” (“Sea Shield 2024”) təlimini keçirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin məlumat yayıb.

Rumıniya ilə yanaşı, Şimali Atlantika Alyansına üzv və tərəfdaş olan 12 ölkə (Bolqarıstan, İngiltərə, Yunanıstan, Gürcüstan, İtaliya, Moldova, Hollandiya, Polşa, Portuqaliya, ABŞ, və Fransa) iştirak edəcək.

Təlimlərdə 135 hərbi texnikadan (27 dəniz və çay gəmisi, 17 təyyarə və 91 vasitəsi və dəniz gəmisi) istifadə edəcək 2,2 min hərbi qulluqçu iştirak edəcək. Ordu Qara dənizdə, sahilyanı bölgədə, Dunay çayı və onun deltasında, dəniz və çaylarda qanunsuz fəaliyyətlərlə mübarizə, dəniz və çaylara nəzarət, dənizdə axtarış-xilasetmə, təhlükədə olan gəmilərə köməklik göstərməyə hazır olacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…