Operativ Məlumat Mərkəzi

Ruben Vardanyan barədə qərar verildi

2 dəq
Paylaş:
Ruben Vardanyan barədə qərar verildi

Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Ruben barədə davam edən üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qərar qəbul edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qərara əsasən, R.Vardanyanın həbsdə saxlanma müddəti uzadılıb.

Cinayət işi üzrə vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Xatırladaq ki, ötən müddətdə bir sıra təşkilatlar və xarici media qurumları Ermənistan vətəndaşı olan yeganə milyarder kimi tanınmış, Rusiya Federasiyası vətəndaşlığından çıxıb Ermənistan vətəndaşlığını qəbul edərək qondarma “Dağlıq Qarabağ respublikasının dövlət naziri” olmuş Ruben Vardanyanın müxtəlif ölkələrdə çirkli pulların yuyulması mexanizmləri barədə və digər əməllərini ifşa edən geniş araşdırma materialları ilə çıxış edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax