Operativ Məlumat Mərkəzi

Rəisi Azərbaycan liderini təbrik edib

2 dəq
Paylaş:
Rəisi Azərbaycan liderini təbrik edib

İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Respublikasının Prezidenti İlham Əliyevə ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, mətndə deyilir:

"Möhtərəm !

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizi və xalqınızı səmimi-qəlbdən təbrik .

İran İslam Respublikasının qonşuluq siyasətində Azərbaycan Respublikasının özünəməxsus yeri vardır. Ölkələrimizin müsəlman xalqlarının birgə tarixi və onların arasında mövcud olan qırılmaz dini və mədəni bağlar iki ölkənin münasibətlərinin inkişafı üçün çox dəyərli bir sərmayə hesab olunur. Bu çərçivədə İran İslam Respublikası hər zaman Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü tam şəkildə dəstəkləmişdir.

Ölkələrimizin çox geniş potensiallarının mövcud olduğunu nəzərə alaraq, ümid edirəm ki, xalqlarımızın qarşılıqlı mənafeyinə uyğun şəkildə ikitərəfli əməkdaşlığımızın və münasibətlərimizin daha da genişlənməsinə şahid olacağıq.

Allah Taaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan xalqına isə başucalığı və xoş günlər arzulayıram".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax