Operativ Məlumat Mərkəzi

Rəcəb Tayyib Ərdoğan zəlzələdən ziyan çəkmiş növbəti bölgəyə səfər etdi

2 dəq
Paylaş:
Rəcəb Tayyib Ərdoğan zəlzələdən ziyan çəkmiş növbəti bölgəyə səfər etdi

Prezidenti Rəcəb Tayyib zəlzələdən ziyan çəkmiş Qaziantep şəhərindədir.

“Operativ Məlumat Mərkəzi-OMM” “Anadolu”ya istinadən xəbər verir ki, mövcud durumla tanış olacaq.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən kimi tarixə düşüb.

Hadisə nəticəsində azı 12 873 nəfər ölüb, 62 937 nəfər isə yaralanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax