Operativ Məlumat Mərkəzi

Qurban Yetirmişli: "Zəlzələdən sonra afterşoklar olacaq"

1 dəq
Paylaş:
Qurban Yetirmişli: "Zəlzələdən sonra afterşoklar olacaq"

AMEA nəzdində Seysmoloji Mərkəzinin baş direktoru Yetirmişli zəlzələdən sonra afterşokların olacağını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Q.Yetirmişli qeyd edib ki, ola bilsin bu hiss olunmasın.

Onun sözlərinə görə, bugünkü zəlzələ iyul ayında Xəzər dənizində baş verən ocaqda qeydə alınıb: "Zəlzələ həmin yerdədi, həmin qırılma boyudur. Həmin zaman da 6-7 afterşok olmuşdu. Heç biri də hiss olunmamışdı".

Qeyd edək ki, dekabrın 7-də yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.

Zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax