Operativ Məlumat Mərkəzi

Qubadlıda yük avtomobili aşıb, sürücü xəsarət alıb

1 dəq
Paylaş:
Qubadlıda yük avtomobili aşıb, sürücü xəsarət alıb

Qubadlı rayonunun Hal kəndi ərazisində “İVECO” markalı yük avtomobili idarəetməni yol kənarına aşıb, sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Qubadlı rayon yanğından mühafizə hissəsinin -xilasediciləri cəlb edilib. Onlar deformasiyaya uğramış vasitəsində sıxılı vəziyyətdə qalan,1995-ci il təvəllüdlü Kənan Səyyad oğlu Rəhimlini çıxarıb təcili tibbi yardım briqadasına təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax