Operativ Məlumat Mərkəzi

Qəzzaya humanitar yardım aparan gəmi Malta sahillərində batıb

1 dəq
Paylaş:
Qəzzaya humanitar yardım aparan gəmi Malta sahillərində batıb

Qəzza zolağına Flotilla” gəmisi Malta sahillərində pilotsuz təyyarənin hücumundan sonra çətinliklə üzləşib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, CNN televiziyası donanmanın attaşesi Yasemin Acarın açıqlamalarına bildirib.

"Hazırda gəmidə dəlik var və o, batır. SOS siqnalı yaxın ölkələrə, o cümlədən Maltaya ötürülüb", - telekanalın həmsöhbəti bildirib.

O, gəminin Malta sahillərindən 17 kilometr aralıda olduğunu qeyd edib. Gəmidə müxtəlif ölkələrdən olan 30 hüquq müdafiəçisi olsa da, onlarla əlaqə yoxdur.

Acar gecə yarısından sonra gəminin iki dəfə pilotsuz təyyarələr tərəfindən hücuma məruz qaldığını bildirib.

Qətərin “Əl-Cəzirə” telekanalı hücumun İsrailə məxsus pilotsuz uçan aparat tərəfindən həyata keçirildiyini iddia edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax