Əsas məzmuna keç

Qəzza zolağında hər gün 60-dan çox uşaq ölür

Qəzza zolağında hər gün 60-dan çox uşaq ölür

bu məlumatı “Əl-Cəzirə” telekanalı BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin əməkdaşı Luiz Uoticə istinadən verib. Onun sözlərinə...

hər gün orta hesabla 67 ölür”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu məlumatı “Əl-Cəzirə” telekanalı BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin əməkdaşı Luiz Uoticə istinadən verib.

Onun sözlərinə görə, yalnız son günlər İsrail ordusu agentliyin iki məktəbinə hücum edib. Nəticədə 17 nəfər həlak olub, sayda insan yaralanıb.

Bundan başqa Fələstin anklavının mərkəzi və cənub bölgələrində ehtiyacı olanlara gündəlik 400 minə yaxın yemək paylayan 100-dən çox mətbəxin qida çatışmazlığı səbəbindən bağlanma riski ilə üzləşib. Agentliyin məlumatına görə, dərman və gigiyena vasitələri olan 40-a yaxın yük maşını Qəzzaya daxil olmaq üçün Misir və İordaniya sərhədlərində gözləyir.

Bundan əlavə, agentlik sektorun yaşayış məntəqələrinin küçələrində 42 milyon tondan çox dağıntıların yığıldığını, partlamamış sursatların və minaların cəmləşməsinin mülki üçün birbaşa təhlükə yaratdığını qeyd edib. Eyni zamanda minatəmizləmə üzrə mütəxəssislərin ölkəyə girişi və təmizləmə işlərinin aparılması xeyli məhdudlaşdırılıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…