Operativ Məlumat Mərkəzi

Qeyri-iş günlərində təcili tibbi yardıma 40 minə yaxın çağırış daxil olub

2 dəq
Paylaş:
Qeyri-iş günlərində təcili tibbi yardıma 40 minə yaxın çağırış daxil olub

Yeni illə əlaqədar qeyri-iş günlərində (30.01.2024 - 05.01.2025) Təcili və Yardım Mərkəzinə ümumilikdə 39 min 881 daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd olunub ki, çağırışlardan 18 min 597-si paytaxt Bakı üzrə, 21 min 284-ü isə bölgələrdə qeydə alınıb. Təcili tibbi yardım xidmətinə müraciət edənlərdən respublika üzrə ümumilikdə 3 min 156 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib. Hospitalizasiya olunanlardan 1 321 nəfər Bakı üzrə, 1 835 nəfər isə bölgələr üzrə olub.

Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə ən çox çağırış bu ilin yanvar ayının 1-də Bakı şəhəri üzrə qeydə alınıb. Qeyd olunan tarixdə müraciət sayı gündəlik 2 min 771 təşkil edib ki, bu da son illərin müraciət sayı ilə müqayisədə rekord göstərici hesab olunur.

Qeyd edək ki, çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif travmalar, dispeptik , kardioloji, respirator xəstəliklər və s. ilə bağlı olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax