Əsas məzmuna keç

Qəbul planı tam dolan ali təhsil müəssisələrinin adları açıqlanıb - SİYAHI

Qəbul planı tam dolan ali təhsil müəssisələrinin adları açıqlanıb - SİYAHI

bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə İTV-nin "Xəbərimiz var" verilişinin...

Azərbaycanda bir neçə müəssisəsində qəbul tam dolub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə İTV-nin "Xəbərimiz var" verilişinin efirində deyib.

Onun sözlərinə görə, Tibb Universiteti, Azərbaycan Dövlət İdarəçilik Akademiyası, Xoreoqrafiya Akademiyası, Bakı Rəssamlıq Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Ali Neft Məktəbində plan yerləri 100% dolub.

"Özəl ali təhsil müəssisələrindən Odlar Yurdu Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan və Sosial Münasibətlər Akademiyasında da həmçinin qəbul planı tam dolub. Regionlardakı universitetlərə gəlincə, qəbul planı Naxçıvan Dövlət Universitetində 96,05 %, Mingəçevir Dövlət Universitetində 96,16 % dolub. Eyni zamanda Lənkəran Dövlət Univeristetində 94,88 % plan yeri dolub", - X.Xanlarzadə qeyd edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…