Operativ Məlumat Mərkəzi

Qaxda yanöın təhlükəli özəl klinikanın fəaliyyəti dayandırılıb

2 dəq
Paylaş:
Qaxda yanöın təhlükəli özəl klinikanın fəaliyyəti dayandırılıb

Qax şəhəri, prospekti, 29 ünvanında “İnvitro” klinikasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkarlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verirb ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki, avtomatik yanğınsöndürmə və yanğın siqnalizasiya qurğuları ilə təmin edilməyib, həmçini təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb.

Bundan başqa, təxliyə planı düzgün tərtib edilməyib və ehtiyat çıxış yolları bağlanılıb, obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib.

"Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “İnvitro” klinikasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib", - deyə məlumatda vurğulanıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax