Operativ Məlumat Mərkəzi

“Qarabağ”ın oyununda səhvə yol verən hakim cəzalandırıldı

2 dəq
Paylaş:
“Qarabağ”ın oyununda səhvə yol verən hakim cəzalandırıldı

Hakimlər Komitəsinin sədri Frank De Bleker azərbaycanlı hakimi cəzalandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, FİFA hakimi Elçin Məsiyev komitə sədrinin qəzəbinə tuş gəlib.

Buna səbəb 33 ədalət təmsilçisinin 11-ci tur çərçivəsində baş tutan “” – “” görüşündə (2:2) yol verdiyi səhvdir.

Qarşılaşmanın 50-ci dəqiqəsində matçın baş hakimi Cavid Cəlilov cərimə meydançası daxilində Aleksey Kaşukla Adil Nağıyev arasındakı mübarizəni penalti kimi dəyərləndirib.

Baş Adilin kobud oynadığından şübhələnərək “nöqtə”ni göstərib. Halbuki orada qayda pozuntusu yox idi.

Həmin gün VAR-a cavabdehlik daşıyan Elçin Məsiyev epizodu düzgün qiymətləndirməyib. Cavidi monitora baxmağa dəvət etməli olduğu halda, susub.

Məhz bu səhvinə görə De Bleker ona iradlarını çatdırıb, 12 və 13-cü turlarda təyinat verilməsini məqsədəuyğun saymayıb.

Cavid Cəlilov zədələnib meydanı tərk etdikdən sonra onu Nicat İsmayıllı əvəzləyib. N.İsmayıllı da 87-ci dəqiqədə qalmaqallı qərarı ilə gündəmə gəlib.

Belə ki, “Qarabağ”ın futbolçusu Aleksey İsayev rəqib oyunçu Belajdi Pusiyə qarşı kobud oynadıqdan sonra hakim meydan sahiblərinin oyunçusuna sarı vərəqə göstərir.

Bu qərar da müzakirə mövzusuna çevrilib. Həmin epizodda qırmızı vərəqənin verilməməsi gündəmə çevrilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax