Operativ Məlumat Mərkəzi

Qarabağa icazəsiz daxil olmaq istəyən şəxs saxlanılıb

2 dəq
Paylaş:
Qarabağa icazəsiz daxil olmaq istəyən şəxs saxlanılıb

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər nəticəsində icazəsi olmadan işğaldan azad əraziyə daxil olmaq şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə Neftçala rayon sakini Qardaş Qurbanov rayon ərazisindəki stasionar postda saxlanılıb.

Araşdırma zamanı Q.Qurbanovun özünə məxsus mobil telefonda işğaldan azad edilmiiş ərazilərə daxil olmaq üçün müvafiq icazəsi olan həmyerlisinə aid vəsiqəsinin fotosunu təqdim edərək keçmək istədiyi müəyyən edilib.

Onun bu əməli aşkar edildikdən sonra barəsində müvafiq qaydada protokol tərtib edilib və məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən o 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax