Operativ Məlumat Mərkəzi

Qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işi açıldı

2 dəq
Paylaş:
Qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işi açıldı

şəhərinin 4 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, araşdırmalar zamanı Yasamal rayonu Nəriman Nərimanov prospekti 127 ünvanında “Memar-3” MTK tərəfindən, Xətai rayonu Zığ küçəsi 39 ünvanında “Probuild Solutions” MMC tərəfindən, Binəqədi rayonu, S.S.Axundov küçəsinin hissəsində “İbrahimxan” kiçik müəssisəsi tərəfindən tikinti və abadlaşdırma aparılan ərazilərdə, həmçinin Binəqədi rayonu, Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 14K ünvanında “Mərmər İnşaat” ASC-nin mülkiyyətində olan torpaq sahəsində və Səbail rayonu Badamdar qəsəbəsi massiv 3 ünvanında meşə fonduna daxil olmayan ümumilikdə 165 ədəd və iri kolların, o cümlədən 50 ilə yaxın yaşı olan irigövdəli ağacların qanunsuz götürülməsi nəticəsində təbiətə 131 min manatdan çox ziyan vurulmasına əsaslı müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə orqanlarına göndərilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax