Operativ Məlumat Mərkəzi

Putin: Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün hər şeyi edir

2 dəq
Paylaş:
Putin: Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün hər şeyi edir

Moskva Azərbaycanla arasında münasibətlərin normallaşması üçün hər şeyi edir və bu ölkələri təbii strateji tərəfdaşlar hesab edir.

"Operativ Məlumat Mərkəzi-OMM" “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Prezidenti Vladimir bildirib.

"Biz -Ermənistan münasibətlərinin normallaşması, dayanıqlı sülhün təmin edilməsi üçün hər şeyi etmişik və edirik. Bundan sonra da sülh sazişi üzərində işdə, sərhədlərin delimitasiyasında, iqtisadi və əlaqələrinin açılmasında dəstək göstərəcəyik", - deyə V.Putin səfirlərin, o cümlədən Azərbaycan və Ermənistanın yeni səfirlərinin etimadnamələrinin təqdim edilməsi mərasimində bildirib.

Rusiya Prezidenti Azərbaycan və Ermənistan liderlərinin Kazanda BRICS sammiti çərçivəsində görüşməsini, regionda davamlı sülh və millətlərarası razılığın əldə edilməsinə dair prinsipial məsələlər üzrə faydalı söhbət aparmalarını alqışlayıb.

O əlavə edib ki, Azərbaycan və Ermənistan Rusiyanın ən yaxın qonşuları, ən yaxşı dostları, təbii strateji tərəfdaşları və müttəfiqləridir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax