Operativ Məlumat Mərkəzi

PUA-lara əlaqədar yeni dövlət rüsumları müəyyənləşir

1 dəq
Paylaş:
PUA-lara əlaqədar yeni dövlət rüsumları müəyyənləşir

Pilotsuz aparatları ilə əlaqədar yeni dövlət rüsumları müəyyənləşir.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə “Dövlət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, pilotsuz uçuş aparatları istismarçılarına istismarçı sertifikatının və aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi üçün 15 manat dövlət rüsumu müəyyənləşir.

Pilotsuz uçuş aparatlarına qeydiyyat sertifikatının, pilotsuz uçuş aparatları istismarçılarına icazəsinin, məsafədən idarə edən pilotlara (operatorlara) şəhadətnamələrin və model pilotsuz uçuş aparatı klubları və ya assosiasiyalarına icazələrin verilməsi üçün isə 10 manat dövlət rüsumu tətbiq olunacaq.

Qanun layihəsi səsverməyə bir oxunuşda qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax