Operativ Məlumat Mərkəzi

Prezidentlər Bratislavada Devin qəsrində olublar - FOTOLAR

2 dəq
Paylaş:
Prezidentlər Bratislavada Devin qəsrində olublar - FOTOLAR

Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Pelleqrini dekabrın 8-də Bratislavada Devin qəsrində olublar.

Dövlətimizin başçısına Morava və Dunay çaylarının qovuşduğu məkanda qəsr barədə məlumat verildi.

Bildirildi ki, Slovakiyanın rəmzlərindən biri olan Devin qəsri bu ölkənin milli mədəniyyət abidələri siyahısına daxildir. Yazılı mənbələrdə Devin adına ilk dəfə 864-cü ilə təsadüf edən salnamələrdə rast gəlinir. Qəsr 822-907-ci illərdə mövcud olmuş Böyük Moraviyanın tarixində mühüm rol oynayıb.

XXIII Devin macarların kral və sərhəd qalası olub. 1809-cu ildə Napoleonun ordusu qalanı minalayaraq, partladıb. 1896-cı ildə qalanın dağılmasının rəmzi olaraq burada abidə ucaldılıb.

Birinci Dünya müharibəsindən sonra qala qalıqlarının üzərində olan dağ massivində ilk mağaralar aşkarlanıb. Ərazidə ümumilikdə fasilələrlə bir əsrdən artıqdır ki, arxeoloji araşdırmalar aparılıb. Minilliklər boyunca Devin qalası qədim insanların məskəni, eyni zamanda, tacirlər və döyüşçülər üçün toplanış yeri olub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax