Operativ Məlumat Mərkəzi

Prezident: "İtaliya Avropa İttifaqı məkanında Azərbaycanın ən yaxın tərəfdaşıdır"

2 dəq
Paylaş:
Prezident: "İtaliya Avropa İttifaqı məkanında Azərbaycanın ən yaxın tərəfdaşıdır"

İtaliya Avropa İttifaqı məkanında Azərbaycanın ən yaxın tərəfdaşıdır. Son ərzində İtaliyanın üç nazirinin Azərbaycana səfəri əlaqələrimizin inkişafının real göstəricisidir.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə İlham Əliyev Münxendə İtaliyanın "" şirkətinin baş icraçı direktoru Alessandro Profumo ilə görüşündə bildirib.

Ölkəmizin İtaliyanın aparıcı şirkətlərindən olan "Leonardo" ilə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edən dövlətimizin başçısı müdafiə sənayesi sahəsində mövcud əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayib.

Prezident İlham Əliyev İtaliya ilə arasında enerji sahəsində də əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdırıb, İtaliya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-qucuculuq işlərinə töhfə verdiyini vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax